Malların kataloqu

DECT telefonları

Simli telefonlar

GPS naviqatorlar

Netbuklar

×
Səndə qoşul!
 

Partnyorlar

Bəner
Bəner
Bəner
Bəner

İki SİM kartın dəstəyi ilə yeni Samsung Е1182, Е2232 və С3322 telefonları

PDF faylını al Çap E-poçt

 

Samsung Electronics şirkəti Rusiya bazarına iki SIM kartın dəstəyi ilə DUOS kateqoriyasından üç yeni telefon çıxarmışdır: Е1182, Е2232 и С3322.

İstehsalçının qeyd etdiyi kimi iki SIM kartının eyni zamanda gördüyü iş rahatlığı və vəsaitə qənaəti təmin edəcəkdir. Onlar iş nömrəsini şəxsi nömrədən ayırmağa, müxtəlif operatorların tariflərindən istifadəyə, bir nömrəni səsli  və SMS məlumatları, ikincini nömrəni isə mobil internet üçün istifadə etməyə imkan yaradacaqlar. Bunların hamısını bir telefonla etmək mümkündür, bunun üçün ikinci dəstəyi almaq lazım gəlməyəcəkdir. İki SIM kartı xüsusi olaraq səyahət zamanı yarayacaqdır.


Samsung E1182 – ovucdan sürüşməyən və bir əllə mətni asanlıqla yığmağa imkan verən təkmilləşmiş erqonomikalı zərif korpuslu mobil telefondur. 1000 mAç həcmli akkumulyator danışıq rejimində 11 saatadək, gözləmə rejimində isə 620 saat işləyir. Yeni E1182  ilə istifadəçi eləcə də FM radio ilə musiqiyə, xəbərlərə və informasiyaya qulaq asa bilər.



İstehsalçının sözlərinə görə Samsung E2232 – iki SIM kartla işləyən klassik mobil telefondur. O, musiqi pleyeri ilə təchiz edilmiş, telefonun ön panelində isə musiqi kolleksiyasına tez bir zamanda keçməyə imkan verən  ayrıca klaviatura nəzərdə tutulmuşdur. Eləcə də qulaqcıqlar üçün 3,5 mm dəliklər, dinamikalar və microSD yaddaş kartı vardır. Bluetooth texnologiyası stereoqarnitur və printerlər daxil olmaqla periferik qurğulara simsiz çıxışı təmin edir. Həmçinin, dostlarla Bluetooth –un əhatə dairəsi radiusunda Bluetooth çat vasitəsilə dostlarla pulsuz ünsiyyət yaratmaq mümkündür.
Samsung C3322 — iki SIM kartından istifadənin mümkün olduğu metal monoblokdur. Ona məşhur audio- və videotekalar daxildir və bu da parlaq 2.2 düyümlü Maye Kristallı displeyində video çarxlara baxmaya imkan verir. Telefon 3,5 mm qulaqcıqlar üçün dəlik, eləcə də microSD kartında saxlamağın mümkün olduğu fotoların və video çarxların çəkilişinə imkan verən 2 Mp kamera ilə təchiz edilmişdir. Samsung C3322 Bluetooth messenger çatı və sosial şəbəkələrin kompleks xidmətləri  ilə ünsiyyətə geniş imkan verir.