|

Bakıda, Bilgəh qəsəbəsində, Amburan Beach Club-da 15 iyulda Vera Brejneva və Dan Balanın birgə “Göz yaşı ləçəkləri ilə” adlı konsert proqramı çərçivəsində iki məşhur ifaçının çıxışı baş tutdu. Və bizim “Telefon” şəbəkəmiz əlbəttə ki, bu cəlbedici hadisədən yan keçə bilmədi və bu konsertin sponsoru oldu.
Brejneva özünün ən şəhvani müğənni statusunu bir daha təsdiq etdi. Müğənni heç sıxılmadan musiqinin ritminə uyğun rəqs edirdi. “Telefon” dükanlar şəbəkəsinin qadın cinsindən olan nümayəndələri heç də daha az dərəcədə cazibədar görünmürdülər, onlar arzu edən şəxslərlə foto çəkilişləri keçirir və qonaqlara kuponlar paylayırdılar, həmin kuponlar vasitəsilə çıxışın sonunda 5 ədəd Samsung Duos markalı telefon uduşlu lotereya oynanıldı. Bakının Səbuhi adlı sakininin bəxti gətirdi, Brejneva ona “Mario” adı qoymuşdu. “BİA Qra” qrupunun keçmiş solisti onun üçün özəl rəqs təşkil etməyi qərara aldı. Öz mahnılarından birini ifa etməzdən əvvəl o, tamaşaçı izdihamının içindən Səbuhini seçdi və onun əlindən tutaraq onu səhnəyə çıxardı, onun qollarını bağladı, kürsü üzərinə oturtdu və öz mahnısının müşayiəti ilə onun üçün rəqs ifa etdi. Rəqsin sonunda adı çəkilən Mario ehtiraslı şəkildə yanağından öpüldü. Şəhvani hislər oyadan əsl kişi Dan Balan da özünün dəbdə olan mahnıları ilə Bakı tamaşaçılarını heyran etmək ustalığında öz həmkarından geri qalmırdı. Yeri gəlmişkən, müğənni tamaşaçıları salamlayarkən məlum oldu ki, o, rus dilində yaxşı danışır. Brejnevanın iştirakı ilə duet təşkil edən bu cütlük əsl sevgi və “göz yaşı ləçəkləri” abu-havasını yaratdı.

  





|