Malların kataloqu

DECT telefonları

Simli telefonlar

GPS naviqatorlar

Netbuklar

×
Səndə qoşul!
 

Partnyorlar

Bəner
Bəner
Bəner
Bəner

Samsung I9000 Galaxy S mobil telefonunun xülasəsi

PDF faylını al Çap E-poçt

Samsung I9000 Galaxy SSamsung I9000 Galaxy S mobil telefonunun müasir mobil telefonları bazarını “lərzəyə gətirdiyini” söylənməsi bu telefon haqda heç nə deyilməmiş kimi qəbul edilməlidir, belə ki bu ünsiyyət vasitəsi ətrafında onun təqdimatı günündən yaranan ajiotaj bugünkü günədək səngimək bilmir. Samsung I9000 Galaxy S artıq satış həcminə görə öz rəqiblərini geridə qoymuşdur, bundan əlavə bu model EISA mükafatına layiq görülmüşdür və yüksək səviyyədə texniki icraya və geniş əyləncə imkanlarına görə “2010-cu ilin smartfonu” adını qazanmışdır. Buna görə də, hesab edirəm ki, bu “möcüzəli” texnika haqqında ətraflı məlumat sizin üçün maraqlı olacaqdır.

Samsung I9000 Galaxy S mobil telefonu əsas keyfiyyəti cəmi 9.9 mm-ə bərabər zəriflik olan unikal dizaynda yerinə yetirilmişdir. Görünüş baxımından o, Apple iPhone-a bənzəyir, bu da öz növbəsində bizə dizaynın bir çox cəhətdən həmin telefondan “köçürüldüyünü” xəbər verir. Ünsiyyət vasitəsinin displeyi özü-özlüyündə demək olar ki, bütün qabaq sahəni zəbt edir, belə ki onun diaqonalı 4 düyümdür. Ekranın işlənməsi zamanı Super AMOLED texnologiyası əsas götürülmüşdür, bu texnologiya da şübhəsiz ki, Samsung şirkətinin Wave modeli üzrə mobil məhsulları həvəskarlarına yaxşı tanışdır. Tətbiqetmə 800x480 nöqtəyə bərabərdir, şəkillərin təqdim edilmə rəngarəngliyi öz üstünlüyünə və əvəzedilməzliyinə görə heç bir şübhə doğurtmur. Bir az narahatlıq yaradan yeganə amil ekranın bütün xarici çirklənmələrə olduqca həssas olmasıdır, bunun da nəticəsində sizdən müntəzəm şəkildə ekranı silməklə onu “yaxşı” hala gətirmək tələb olunacaqdır.

Samsung I9000 Galaxy S mobil telefonunun texniki xüsusiyyəti digər müasir flaqmanlarla müqayisədə bütün rekordları yarıb keçir, belə ki bu aparat 90 milyon üçbucaqlar yaradır. Nüvəsi ARM Cortex A8 olan prosessorun tezliyi 1 Qeqaherz təşkil edir, əməliyyatlar isə beş yüz on iki Meqabaytla ölçülür. Hesab edirəm ki, bu parametrlər tam şəkildə Samsung I9000 Galaxy S mobil telefonunun yüksək texniki səviyyəsindən xəbər verir. Bu modelin əməliyyatçısı qismində Android 2.1-in son versiyası çıxış etmişdir.

Telefonun “öz” yaddaşı 16/32 Qiqabayt təşkil eidr, bu da sizə musiqinin, videonun və tətbiqetmələrin yüklənməsi zamanı “tam” sərbəstlik imkanı verəcəkdir. Samsung I9000 Galaxy S telefonunun əyləncə hissəsi də sizi məyus etməyəcəkdir, çoxlu sayda və hər növdə proqram və oyunlar sizin asudə vaxtınıza rəngarənglik qatacaqdır.

Samsung I9000 Galaxy S telefonuna iki kamera tətbiq edilmişdir, bunlardan biri video-zənglər, digəri isə çəkilişlərin aparılması üçün nəzərdə tutulmuşdur. Arxa kamera 5 Meqapiksel gücə malikdir və çəkilişlərin keyfiyyəti öz dəqiqliyi və rəngarəngliyi ilə heyran edir.

Həmçinin, Samsung I9000 Galaxy S mobil telefonunu fərqləndirən cəhət mobil telefon bazarında ilk dəfə bu modellə təqdim olunan 3.0 versiyalı Bluetooth-dur. Hesab edirəm ki, Wi-Fi və GPS kimi standart interfeys funksiyaları haqqında danışmağa belə dəyməz, bu funksiyalar tam şəkildə təqdim olunur.

Samsung I9000 Galaxy S mobil telefonu auditoriya və tənqidçilər tərəfindən ona göstərilən diqqətə tam şəkildə layiqdir fikri ilə razılaşmamaq olmaz, bu həqiqətən də əla aparatdır!