|
 Android-plnaşetlər bazarını Samsung ötən il kompakt modeli ilə zəbt etməyə başladı. Qışın sonunda yeni devayslar nümayiş etdirilməyə başlandı, şirkət daha görkəmli qurğulara keçdi. 10 düyümlü qadjetlərlə görüşün maraqlı olacağına söz verir.
Xarici görünüşü Samsung Galaxy Tab 10.1 aparatına baxdıqda, belə bir təəssürat yaranır ki, bu, Apple-ın törəməsidir. Qadjet iPad yeni nəslə olduqca çox oxşayır. Həm də, mobil qurğular aləminin həvəskarları şübhəsiz ki, ilk əvvəl Koreya planşetinin daha orijinal və başqalarına oxşamayan tərzdə planlaşdırıldığını xatırlaya bilərlər. Lakin, Apple iPad 2-nin anonsu şirkəti dizayn baxımından mövqeyinə yenidən nəzərə salmağa məcbur etdi. Planşet, sadəcə olaraq Kupertinonun ideyalarını təkrar edən başqa görkəm aldı. Bu, qeyri-orijinaldır, lakin bir çoxları içliyi ilə olmasa belə, heç olmasa xarici görünüşü baxımından Apple-a oxşamaq istəyir. Burada da bu, açıq-aydın görünür.
Korpusun faktiki ölçüləri 246 х 179 х 8,6 mm, çəkisi 595 qramdır. Planet bir azca Amerikadakı analoqundan nazikdir. Praktik olaraq, qurğular arasında fərqi hiss etmək çətindir. iPad 2 vı Samsung Galaxy Tab 10.1 qurğularının hər iksi olduqca nazikdir.
Planşetin korpusu bütövlüklə plastikdən hazırlanmışdır, bunun da hesabına orta çəkiyə nail olmaq mümkün olmuşdur. Kiçik ölçüləri sayəsində planşet portativ olmuşdur. Onu hətta kağızlar və ya sənədlər üçün qovluğa yerləşdirmək mümkündür. Üz hissəsi möhkəm şüşə ilə örtülmüşdür, bu şüşə istifadəçini təsadüf nəticəsində ekranı cızmaq qorxusundan azad edir. Displey geniş qara çərçivə ilə əhatə olunmuşdur və bu çərçivə tədricən gümüşü plastmas yanlara çevrilir. Arxa panel ağ rəngdədir, lakin tez çirklənmir. Parıldayan plastik qəşəngdir, lakin alüminium “xoşagələnliyinə” çatmağa ona çox var. Lakin, Apple iPad 2 ilə müqayisədə çəkidəki fərq açıq-aydın görünür. İki qadjeti əldə tutanda bunu görmək mümkündür. Panel, hamar, rəvan, dairəvi künclərə malikdir, boz çərçivə qurğunun arxa hissəsindəki kiçik haşiyə ilə əvəz olunur, lakin onun üzərində 8-Mp kameranın dəlikləri, eləcə də işıq şüalandıran diodlar yerləşir. Rəqibinin qurğu dizaynını təkrarlayaraq Samsung dizaynerləri planşetin korpusunu kiçik sayda əlavə detallarla tamamlamışlar. Yan tərəflərdə dinamikalar yerləşmişdir, onların dəlikləri kifayət qədər kiçikdir, lakin səsin ucalıq səviyyəsinə təsir etmir. Yuxarı hissədə bir neçə düymə vardır – bu, ekranın bloklanması klavişi, səsin tənzimlənməsi düyməsidir. Onların hər ikisi rahat və erqonomikdir.
Aşağı hissədə qəribə görünüşlü dəlik görmək mümkündür, lakin qorxmağa dəyməz. Axı, bu orijinal Samsung interfeys dəliyidir və Apple qurğusundakı analoji dəliyə oxşayır. Təbii ki, kabellərin heç bir qarşılıqlı əvəz edilməsindən söhbət ola bilməz. Əlbəttə ki, burada universal microUSB-ni görmək daha rahat olardı, lakin bu haqda Samsung başqa fikrə malikdir.
Displey Ekranın ölçüsünü müəyyən etmək asandır – qurğunun adına baxmaq kifayət edər. 10 düyümlü diaqonal və 1280 х 800 nöqtə halında, planşetin TFT-displeyi onu müxtəlif məqsəd və tapşırıqlar üçün istifadə etmək imkanı verəcəkdir. Ekranın yaxşı parlaqlıq ehtiyatı vardır, bu parametrin avtomatik tənzimlənməsi mövcuddur, displeyin görünüş sahəsinin küncləri yaxşıdır, rənglər cüzi şəkildə təhrif olunur. Parlaq səth müntəzəm təmizləmə tələb edir, gün işığında görünən ləkələrdən isə danışmağa lüzum yoxdur – bu hal, bu cür devaysların standart problemidir.
Aparat xüsusiyyətləri Planşetin ürəyi 1 QHz tezlikdə işləyən iki nüvəli Samsung prosessorudur. 1 Qb operativ yaddaş istənilən tapşırığa kifayət edər, bu zaman qurğu ani reaksiya ilə sevindirəcəkdir, Android 3.0 isə yaxın gələcəkdə 3.1 versiyasınadək təzələnəcəkdir. Sınaqdan çıxarılan nümunənin interfeysi seriyalı versiyalarda olacaq interfeyslərdən fərqlənəcəkdir. Orada istifadəçilər planşet üçün uyğunlaşdırılmış TouchWiz firma örtüyünü görəcəklər. Quraşdırılmış yaddaşın həcmi 15 – 31 Qb təşkil edir, lakin təəssüf ki, kart vasitəsilə həcmin genişləndirilməsi mümkün deyildir, belə bir seçim yoxdur. Məlumatların ötürülməsi üçün Bluetooth 2.1 + EDR-dən, həmçinin Wi-Fi (802.11 a/b/g/n) istifadə edilir. Yüklənmə və sürətin çıxarılması üçün unikal firma kabelindən istifadə edilməsi zərurəti uğursuz qərardır. Kabellər haradasa yaddan çıxa, yaxud da yararsız vəziyyətə düşə bilərlər.
Tərtibat və idarəetmə Həcmli ekran eyni zamanda 10 toxunmanı qəbul edir, bu zaman o, jestlərə əla reaksiya göstərir. Həm də Honeycomb kimi tanınan Android 3.0 qəşəng örtüyü ilə sevindirir – istifadəçi müxtəlif elementlərə kifayət qədər yer olan beş işçi masadan istifadə edir. Xüsusilə də, buraya onlarla vidjeti və əlavələrin yarlıqlarını əlavə etmək olar. Fonun tərtibatı üçün “canlı divar kağızları” quraşdırılır və ya zövqə görə digər şəkillərdən istifadə edilir. Ekrana faydalı məlumatlar daxil edilir. Tez bir zamanda sazlama menyusuna keçmək, vaxtı, akkumulyatorun elektrik yükü səviyyəsini, eləcə də yüklənmiş filmlərin siyahısını görmək ümümkündür. Naviqasiya üçün sol aşağı küncdəki üş düymədən istifadə edilir – bu, əvvəlki menyuya qayıtmaq, əsas ekrandan çıxmaq və buraxılmış bütün əlavələrin siyahısı ilə tanış olmaqdır.
Media Qadjetin güclü aparat hissəsi təsvir konvertasiya olmadan və “fasilələr” baş vermədən 1080p-də videoya baxmaq imkanı verir. Düzdür, daha aşağı gücə malik displeylə buna nə qədər nail olmağın mümkünlüyünə qərar verilməsi istifadəçinin üzərinə düşür. Kompüterə qoşulan zaman planşet xarici yığıcı qismində müəyyən edilir – lazımi media məlumatları köçürmək və sonra isə filmlərə baxmaq olar, bu zaman əlavə konvertasiya tələb olunmur. Əgər musiqiyə qulaq asmaq istəsəniz, burada da qurğu Sizi pərişan etməyəcək. Pleyerin xoşagələn səsi, gözəl effekti qulaq və gözlərinizi sevindirəcəkdir. Baxmayaraq ki, musiqi səsləndiricisinin məhdudiyyəti daha uzadılmış alternativ haqda fikirləşməyə vadar edəcəkdir, Android üçün daha funksionalının tapılması o qədər də çətin deyildir. Tegra 2 oyunlar zamanı özünü əla göstərmişdir, lakin yeni platformaya edilən əlavələrin sayı o qədər də böyük deyildir. Həm də bu cür əyləndirici proqramlarda rəngarənglik çatışmır. Android qurğularının iPad ilə ayaqlaşması hələlik mümkün deyil. Çətin ki kimsə fəal şəkildə planşetdən çəkiliş üçün istifadə etsin, eyni zamanda avtofokuslu 3.2-Mp kamera əgər əl altında fotodəst üçün digər qurğu yoxdursa, hadisəni buraxmamaq imkanı verəcəkdir, video çarxlar isə 720p yaxşı keyfiyyətdə yazılır. Kameradan test çəkilişlərinə baxaq. Keyfiyyətin orta səviyyədən bir az yuxarı olduğu görünür, lakin belə deyək – bu yaxşı səviyyədir.
Əlavələr Planşet, içərisində Android quraşdırılmış istənilən qadjetdə tapılması mümkün olan bütün lazımi proqramlara malikdir. Softun funksionallığı əvvəlki səviyyədə qalmışdır, lakin interfeys yeni formatda işlənmişdir, bu da istifadə zamanı rahatlığı təmin edir. Galaxy Tab 10.1 yalnız İnternet məkanında portativ bələdçi kimi rahat olmayacaqdır. Keyfiyyətli poçt sifarişçisi və rahat təqvim həyatın sürətli ritmində yardımçı olacaq, sənədlərin nəzərdən keçirməsi və redaktə edilməsi imkanı isə heç də artıq olmayacaqdır.
Ayrıca iş Planşetdə 7000 mAs həcmdə batareya quraşdırılmışdır, bu da rəsmi məlumatlara görə 10 saatlıq işə bəs edir. Gündəlik sıx istifadə şəraitində elektrik yükü bir-iki gün bəs edir. Əgər videoya baxmaq istəsəniz, onda Galaxy Tab 10.1 6 saatdan çox davamlı işləyə biləcəkdir. Bütövlükdə, model ayrılıqda götürdükdə yaxşıdır və əsas rəqibi Apple iPad –lə müqayisə edilə bilər.
Nəticə Samsung Galaxy Tab 10.1 planşeti xarici görünüş baxımından Apple iPad-ə oxşamaq istəyir, lakin qurğunun içliyi və platformanın imkanları istifadəçilərə daha çox sərbəstlik verir. Dizaynın və üslubun oxşarlığına baxmayaraq, Koreya qadjeti funksional nöqteyi-nəzərdən daha maraqlı alınmışdır. Bundan əlavə, aparat öz analoqundan daha yüngüldür. Bu isə portativ devaysın seçimi zamanı əhəmiyyətli parametrdir. Əgər soft baxımından Apple texnikasının məhdudluğu xoşunuza gəlmirsə, lakin qurğunun “alma” dizaynı cəlb edirsə, onda Samsung-dan “həb” Sizin ürəyinizcə olacaqdır.
|